
Penitensiar Xidmət həbs edilmiş eks diplomat Emin İbrahimovun həbsdə işgəncələrə və təhdidlərə məruz qalmasına dair dediklərinə münasibət bildirib.
Gununsesi.info-nun sorğusuna Penitensiar Xidmət belə cavab verib :
“Həbs edilmiş Emin İbrahimov barəsində cinayət işinin başlanmasına etiraz əlaməti olaraq aclıq etməsi ilə bağlı ərizə ilə 28.07.2024-cü il tarixdə nahardan sonra aidiyyəti üzrə müraciət edib. 29.07.2024-cü il tarixində isə hüquqlarını müdafiə edən vəkilinin müraciəti əsasında məhkəmə iclasında iştirak etmək üçün Bakı Apellyasiya Məhkəməsinə müşayiət edilib. E. İbrahimov daha sonra təcridxanaya qaytarılıb və müraciəti əsasında qanunauyğun olaraq tədbirlər həyata keçirilib.
E.İbrahimovun yaxın qohumları ilə görüş hüququ məhdudlaşdırılmayıb, telefonla danışmaq hüququndan istifadə edib.
Ona qarşı təzyiqlərin olması barədə iddia isə həqiqəti əks etdirmir. Belə ki, o işçi heyəti və həbs edilmiş şəxslər tərəfindən təzyiqlərə və işgəncələrə məruz qalmır, hüquqları və qanuni mənafeləri qorunur”.
Şəbnəm
Gununsesi.info