Türkiyədə sahibsiz itlərin qətl edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edildi

Sahibsiz itlərin qətl edilməsini nəzərdə tutan qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Milliyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlət Baxçalı və 15 nəfərlik Prezident Divanında sədr müavini vəzifəsini icra edən 13 millət vəkilindən 10-u sahibsiz itlərlə bağlı təklifin səsverməsinə qatılmayıb.

Gununsesi.info – nun xarici mətbuata istinadən xəbərinə görə, Ankara Heyvanları Qoruma Qanununa dəyişiklik edərək sahibsiz itlərin öldürülməsinə yol açan tənzimləmə Türkiyə Böyük Millət Məclisində müzakirə edilərək qəbul edilib.

593 deputatdan 500-nün iştirak etdiyi səsvermədə lehinə 275,əleyhinə 224, bitərəf 1 nəfər səs verib. Təkliflə bağlı “Türk milləti heyvanları sevir, itləri dost kimi qəbul edir.

O, itlərə qarşı hər hansı yanlış tətbiqin əleyhinədir. “MHP də üzərinə düşəni edəcək” deyən MHP sədri Dövlət Baxçalı səsverməyə qatılmayıb.

Nəinki Baxçalı, onun yaxın işçiləri də səs verməyib. Səsvermədə iştirak etməyən MHP kadrları Semih Yalçın, Feti Yıldız, Mustafa Kalaycı, Mövlud Karakaya, İlyas Topsakal, İzzet Ülvi Yönter, Sadir Durmaz, Yaşar Yıldırım, İsmet Büyükataman, Vahit Kayrıcı olub.

Ümumi Başçı Köməkçisi Tamer Osmanağaoğlu, İsmayıl Özdəmir, İsmayıl Faruk Aksunun qatıldığı səsvermənin qəbulu üçün səs verdi.

MHP-nin deputat qrupunda səsvermədə iştirak cədvəlinə baxdığımızda 50 deputatdan 21-nin səsvermədə iştirak etmədiyi, 29-unun isə iştirak edərək lehinə səs verdiyi görünür.

 

Günel
Gununsesi.info