Trampı vuran şəxs bir ildən çox əvvəl hazırlaşıb

Keçmiş Amerika lideri və ABŞ prezidentliyinə namizəd Donald Trampı güllələyən 20 yaşlı Tomas Kruks bir ildən çox sui-qəsd cəhdinə hazırlaşaraq silah, sursat və əldəqayırma partlayıcı qurğu üçün komponentlər alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal”yazır.

Bildirilir ki, 2023-cü ilin yazından bəri Crooks 25 onlayn silah alışı və partlayıcı maddələr hazırlamaq üçün lazım olan altı kimyəvi maddə satın alıb.

Departament nümayəndəsi bildirib ki, amerikalı təxəllüslər altında gizlənib və şifrəli hesablardan istifadə edib.

 

 

 

İlhamə

Gununsesi.info