Trampın çıxışı gecikdi

ABŞ prezidentliyinə namizəd Donald Trampın Tennessi ştatının Nashville şəhərində keçirilən “Bitcoin 2024” konfransındakı çıxışı tədbirdəki təhlükəsizlik pozuntusu səbəbindən gecikib.

Gununsesi.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən New York Post qəzeti yazıb.

Bildirilib ki, iyulun 27-də konfransın keçirildiyi binada ilk axtarışdan iki ziyarətçi keçsə də, ikinci təhlükəsizlik kordonunda yerləşən metal detektorlardan yan keçib.

Məxfi Xidmət izdihamın içindəki pozucuları müəyyən etmək və onları tədbirdən uzaqlaşdırmaq üçün Trampın çıxışını gecikdirməli olub.

İki ziyarətçi iştirak qaydalarını pozduqlarına görə tədbirdən kənarlaşdırılıb və sorğu-sual edilib.

Məxfi Xidmətin qeyd etdiyi kimi, onlar “keçmiş prezident üçün heç bir təhlükə yaratmayıblar”. Onlara ittiham irəli sürülməyib.

 

 

İlhamə

Gununsesi.info