Türkiyə əhalisinin sayı 2050-ci ildə 93 milyona çatacaq

  • By ilhame
  • 30 İyul 2024 13:49

Türkiyə əhalisinin sayının 2050-ci ildə 93 milyon 774 min 618 nəfərə çatacağı gözlənilir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, demoqrafik statistikadakı mövcud vəziyyətə görə, əhalinin sayı 2030-cu ildə 88 milyon 188 min 211 nəfərə çatacaq.

 

2050-ci ildən sonra isə Türkiyə əhalisinin sayının yenidən azalacağı gözlənilir. 2100-cü ildə əhalinin sayının 55 milyondan da aşağı olacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, hazırda Türkiyə əhalisi 85 milyondan çoxdur.

Gununsesi.info