Paris-2024: Azərbaycan üzgüçüsü ikinci olub

  • By ilhame
  • 30 İyul 2024 13:03

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Gununsesi.info xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

 

Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Onun taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək.

 

Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Gununsesi.info