
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, Daşkəsən rayon sakini A.Abbaslıya əl nahiyyəsindən kəsici-deşici alətlə xəsarət yetirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 28 yaşlı Şahin Əliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gununsesi.info