
Fransada idman tədbirlərində hicab qadağan edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qərar parlamentin yuxarı palatası olan Senat tərəfindən qəbul edilib.
Solçu senatorlar sağ mərkəz partiyalarından olan senatorları müsəlman qadınları ləkələməkdə ittiham ediblər.
Səsvermədə 81 “xeyr”ə qarşı 210 “hə” səsi verilib.
38 senator bitərəf qalıb.
Qanun layihəsi parlamentin aşağı palatasını təşkil edən Milli Assambleyada da müzakirəyə çıxarılacaq.
Orxan Saffari