Pakistanda 7 nəfər avtobusdan zorla düşürüldükdən sonra güllələnib

Pakistanın Bəlucistan əyalətində Lahor şəhərinə gedən avtobusdan düşən 7 sərnişin silahlılar tərəfindən güllələnib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, əyalətin paytaxtı Kvettadan çıxan avtobus şərqdəki Pəncab əyalətindəki Faisalabad şəhərinə gedirdi.

Təxminən 11 nəfərdən ibarət silahlı qrup Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Barxan rayonunda magistral yolda sərnişin avtobusunu saxlayıb.

Şəxsiyyət vəsiqələrini yoxladıqdan sonra silahlı şəxslər 7 nəfəri avtobusdan zorla endirərək güllələyiblər. Polis ərazini mühasirəyə alarkən hücumçular daha sonra hadisə yerindən qaçıblar.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Qətllərin səbəbi hələlik məlum deyil.

Əyalətin paytaxtı Kvettadan çıxan avtobus şərqdəki Pəncab əyalətindəki Faisalabad şəhərinə gedirdi.

Orxan Saffari

Gununsesi.info