
Daha bir sənətçi, Azərbaycan əsilli məşhur qazax reper Jah Xalibin (Bəxtiyar Məmmədov) Rusiyada çıxışı qadağan edilən sənətçilərin siyahısına daxil edilib. Sözügedən siyahı qeyri-rəsmi siyahıdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Verstka” nəşri məlumat yayıb.
Beləki, 79 nəfər məşhurun adının daxil olduğu siyahı müxtəlif agentliklərinə göndərilib.
“Qara siyahı”ya düşən sənətçilər arasında 31 yaşlı Jah Xalib də yer alıb. Siyahıda əlavə olaraq Skriptonit, Anna Sedokova, İvan Urqant, İnstasamka, Qaf və digərlərinin adı var.
Orxan Saffari