
Dünyaca məşhur futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem yeni döymələri ilə adından söz etdirib. Nicola Peltz ərinin mərhum nənə və babası üçün çəkdirdiyi döymələri açıqlayıb.
Keçmiş futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem 2020-ci ilin iyulunda nişanlandığı amerikalı aktrisa Nicola Peltz ilə 2022-ci ilin aprelində evlənib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bruklin Bekhem həyat yoldaşı Nikola Peltsə yeni jest edib.
Hər fürsətdə bir-birlərinə sevgilərini dilə gətirən ikilidən biri olan Nicola Peltz ərinin həssas jestini izləyiciləri ilə bölüşüb.
Peltz Bekhemin tısbağa döyməsinin fotosuna indiki dovşan döyməsinin yanında belə şərh yazıb: “Naunnimin dovşanının yanında babam üçün bir tısbağa… İndi onlar həmişəlik birlikdədirlər. Bu mənim üçün dünya deməkdir”.


Günel Həsənova
Gununsesi.info