Estoniyada “böhranlı mağazalar” istifadəyə veriləcək

Estoniyada “böhran mağazalar” şəbəkəsi yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Sputnik Near Abroad Telegram kanalı məlumat yayıb.

Estoniyada mümkün elektrik kəsilməsi zamanı əhaliyə xidmət göstərmək üçün pərakəndə satış məntəqələri yaradılacaq. Onları idarə etmək üçün elektrik generatorlarından istifadə ediləcək.

Ümumilikdə qarşıdakı 18 ay ərzində ölkədə 110 böhranlı mağazanın yaradılması nəzərdə tutulur.

“Dövlət Ehtiyat Mərkəzi onları 66-dan 200 kVt-a qədər gücə malik elektrik generatorları ilə təmin edəcək, pərakəndə satış şəbəkələri isə mühəndis sistemlərini yenidən qurmalıdır ki, elektrik enerjisi kəsildikdə mağaza və oradakı bankomatlar generatordan istifadə edə bilsin” – deyə nəşr deyir.

Bundan əvvəl bildirilmişdi ki, Baltikyanı ölkələr Rusiya ilə sərhəddə strukturların müdafiə xəttinin tikintisinə başlayıblar.

 

 

Gununsesi.info