Fransa Bin Ladenin oğlunu ölkədən çıxarır

“Əl-Qaidə” terror təşkilatının lideri olan Üsamə bin Ladenin oğlu Ömər Bin Laden 2023-cü ildə “sosial şəbəkələrində terrorizmi tərənnüm edən şərhlər yazdıqdan” sonra Fransa ərazisindən qovulub.

Gununsesi.info xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Bruno Retaylo deyib.

Bildirilir ki, o, oktyabrın 8-də Usamə Bin Ladenin böyük oğlu Ömər Bin Laden üçün “inzibati giriş qadağası” elan edib.

“Departamentin prefekti Orne OQTF (Fransa ərazisini tərk etmək öhdəliyi) verdi və Bin Ladenin getməsinə nail oldu”, – deyə Retayo əlavə edib.

Naziri bildirib ki, Ömər Bin Laden 2021-ci ildən Britaniya vətəndaşının əri kimi Ornedə yaşayır və 2023-cü ildə terroru tərifləyən şərhlər yazıb.

 

Şəbnəm

Gununsesi.info