Şuşaya qayıdan sakin: Şəhidlərimizin əllərinin dəydiyi yerləri öpəcəm

  • By Günel
  • 08 Oktyabr 2024 08:36

“Şuşada, Cıdır düzündə şəhidlərimizin əllərinin və ayaqlarının dəydiyi yerləri öpəcəm”.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bu sözləri Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Əsədova Rahilə söyləyib.

“Şükür bu günə ki, torpaqlarımız işğaldan azad olundu. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət etsin, qazilərinizə şəfa versin ki, onlar bu günü bizə yaşatdılar. Bir həftədir ki, sevinclə hazırlaşırıq ki, uzun illərdən sonra Vətənimizə qayıdırıq”, – deyə Əsədova Rahilə əlavə edib.

Gununsesi.info