
Məşhur aktyor Leonardo DiCaprio italyan model Vittoria Ceretti ilə eşq yaşayır. Hollivud ulduzu 25 yaşlı sevgilisini ailəsi ilə tanış edib.
Rejissor Martin Skorsezin çəkdiyi “Full Moon Killers” filmi ilə adından söz etdirən Leonardo DiCaprio şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Bir müddət Gigi Hadidlə münasibətdə olduğu iddia edilən 49 yaşlı aktyor hazırda italyan model Vittoria Ceretti ilə eşq yaşayır.
Gununsesi.info TMZ-yə istinadən bildirir ki, məşhur aktyor və 25 yaşlı model İtaliyadadır. DiCaprio və Ceretti Romadakı restoranlardan birində görüntülənib.
Axşam yeməyində cütlüyü modelin anası və aktyorun ögey atası müşayiət edib.
Aktyorla model bir ilə yaxındır ki, sevgilidirlər. Tez-tez bir yerdə görüntülənən cütlük hələlik münasibətlərini təsdiqləməyib, nə də qırmızı xalıda birlikdə poza veriblər.
Günel Həsənova
Gununsesi.info