
Co Baydenin administrasiyası İsrailin Livanda Hizbullah hərəkatına qarşı əməliyyatı ilə razılaşıb və tezliklə atəşkəsdə israrlı deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ sazişi canlandırmaq üçün aktiv cəhdlər göstərmir və hərbi əməliyyatları dayandırmaq əvəzinə, İsrailin Livanda və İrana qarşı əməliyyatlarını formalaşdırmaq və məhdudlaşdırmaq cəhdlərindən əl çəkib”, – deyə telekanal mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Vaşinqtonun Təl-Əvivə təzyiq göstərməməsi İsrailin baş naziri Binyamin Netanyahunun Amerika tərəfinə məhəl qoymaması sualını yaradır.
Material müəlliflərinin fikrincə, bu səbəbdən ABŞ regiondakı bütün vəziyyət fonunda “çarəsiz” görünə bilər.
Bundan əvvəl ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris bildirmişdi ki, ABŞ tezliklə atəşkəsə nail olmaq və Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün İsrailə təzyiq göstərəcək.
Bununla belə, o əlavə edib ki, onun hipotetik prezident olacağı təqdirdə Vaşinqton ərəb dövlətlərinə də təsir edəcək.
Gununsesi.info