
Rusiya hakimiyyəti sentyabrda nəhayət YouTube-u bloklamağı planlaşdırır.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Gazeta.ru” -ya prezident administrasiyasına yaxın mənbəyə məlumat verib.
Eyni zamanda digər media mənbəsi də payızda xidmətin dayandırılması ilə bağlı məlumat aldıqlarını təsdiqləyib.
Bildirilir ki, iyulun 12-də Rusiya “YouTube”da videoların endirilməsi ilə bağlı problemlər barədə məlumat verib.
Əldə oluna məlumata əsasən iyul-avqust ayları ərzində müəyyən deqradasiya olacaq, yəni bəzi regionlarda YouTube-un iş şəraiti pisləşəcək.
Bəzi hallarda yavaşlayacaq, bəzi vaxtlarda sayt geridə qalacaq, bəzi vaxtlarda isə sayt tamam çökəcək. Sentyabrda isə bloklama başlayacaq.
“Rostelekom” bildirib ki, problemlər video platformanın idarə edilməsi üçün istifadə edilən “Google” avadanlığının işində yaranan problemlər nəticəsində yaranıb.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya hakimiyyəti YouTube-a girişi məhdudlaşdırmağı planlaşdırmır.
Şəbnəm
Gununsesi.info
.