Azərbaycan gimnastları Portuqaliyadakı turnirdə bürünc medal qazanıblar

  • By ilhame
  • 12 İyul 2024 13:57

Azərbaycan gimnastları İbrahim Mustafazadə, Əli Nİftəliyev və Fərhad Vəliyev Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Gimnastlar komanda hesabında bürünc medal qazanıblar.

Gununsesi.info