“Mançester Yunayted” 36 yaşlı futbolçusu ilə müqavilə müddətini uzadıb

  • By ilhame
  • 12 İyul 2024 18:59

İngiltərənin “Mançester Yunayted” klubu təcrübəli futbolçusu Conni Evansla müqavilə müddətini uzadıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la 36 yaşlı oyunçu arasında 1 illik yeni sözləşmə imzalanıb.

 

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan şimali irlandiyalı müdafiəçi ötən mövsüm 30 oyunda meydana çıxıb.

Gununsesi.info