Avstriyanın ilk qadın kansleri vəfat edib

  • By ilhame
  • 03 İyun 2024 22:09

Avstriyanın ilk qadın kansleri Brikit Birlyayn 74 yaşında vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avstriya hökumətinin hazırkı rəhbəri Karl Nehammer məlumat verib.

 

Məlumat üçün deyək ki, Birlyayn 2003-cü ildə Avstriya Konstitusiya Məhkəməsinin üzvü olub, 2018-ci ildən isə məhkəməyə rəhbərlik edib və bu vəzifəni tutan ilk qadın olub.

 

2019-cu ildə keçiriləcək növbəti milli seçkilərə qədər Avstriyanın keçid hökumətini qurmaq və rəhbərlik etmək ona həvalə edilib.

 

Parlament daha sonra onu bu vəzifəyə təsdiqləyib.

Gununsesi.info