39 yaşlı Kriştianu Ronaldu yenidən milliyə dəvət olundu

  • By Günel
  • 02 Sentyabr 2024 16:12

Portuqaliya millisinin məşqçilər heyəti komandanın qarşıdakı Millətlər Liqası oyunları üçün iştirak ərizəsini təqdim edib, Kriştianu Ronaldu yenidən seçmə komandaya dəvət alıb.

Gununsesi.info Oxu.Az -a istinadən xəbər verir ki, Portuqaliya millisi sentyabrda iki oyun keçirəcək. Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Roberto Martinesin yetirmələri Xorvatiya və Polşa komandaları ilə qarşılaşacaqlar.

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldu bu matçlar üçün milliyə dəvət olunub.

Qarşılaşmalar müvafiq olaraq sentyabrın 5-də və 8-də baş tutacaq.

Ronaldu 2003-cü ildən milli komandada çıxış edir. O, 212 matçda iştirak edib, 130 qol vurub.

Gununsesi.info