
Qırğızıstanda zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində ələ keçirməyi planlaşdıran təxribat qrupunun fəaliyyəti zorakılıq yolu ilə hakimiyyətin ələ keçirilməsi və ölkədə ictimai-siyasi vəziyyəti pozan kütləvi tədbirlər təşkil edilərək vətəndaşların ölümünə səbəb olan hadisələrin qarşısı alınıb.
Aparılan istintaq və əməliyyat tədbirləri nəticəsində “K.B.A”, “M.E. C”, “B.B.K.”, “M.A.C.” və “S.A.B” saxlanılıb,
Sözügedən qrupun cinayətkar ideologiyanı dəstəkləyən və dini ideologiyanı fanatik şəkildə müdafiə edən şəxslərdən ibarət olduğu müəyyən edilib.
Məlumata əsasən saxlanılan şəxslərin evlərinə və istifadə etdikləri avtomobillərə baxış zamanı kustar üsulla hazırlanmış partlayıcılar, silahlar, döyüş sursatı, rasiya, gülləkeçirməz jiletlər, hüquq-mühafizə orqanlarının geyim forması, pilotsuz uçuş aparatları, ekstremist ədəbiyyat və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Açıqlamada istintaqın davam etdiyi bildirilib.
Qeyd edək ki, Qırğızıstanda yanvar ayında kütləvi qiyam yolu ilə hökuməti devirmək üçün hazırlıq görməkdə şübhəli bilinən qruplaşmaya qarşı əməliyyat keçirilib.
Mitinq keçirərək dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunan 41 yaşlı iş adamı İmamidin Taşov aprelin 22-də gizləndiyi kənddə yaxalanıb.
Şəbnəm
Gununsesi.info