İsrail ordusu Qəzzaya hücum edib -Ölənlər var

İsrail ordusunun Qəzza zolağında bir çox nöqtəyə təşkil etdiyi hücumlarda ən azı 10 fələstinli həyatını itirib, aralarında uşaqlar da var çox sayda insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin milli xəbər agentliy (WAFA) məlumat yayıb.

Qeyd edilir ki, İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə hücumu nəticəsində ən azı 2 fələstinli həlak olub. Onların aralarında uşaqlar da var.

İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqınlar düşərgəsindəki bir evə hücumu zamanı isə 4 fələstinli həyatını itirib, bəziləri isə yaralanıb.

Məlumatda, həmçinin bildirilir ki, İsrail ordusunun pilotsuz uçuş aparatının Rəfahın qərbindəki əl-Məvasi bölgəsində bir qrup fələstinlinin yerləşdiyi nöqtəni hədəf alması nəticəsində 2 nəfər həlak olub.

“İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şərqindəki Ed-Durc məhəlləsində bir evi bombalaması nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb”, – deyə açıqlamada məlumat verilir.

Xatırladaq ki, İsrailin ötən ilin  oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla, 38 min 11 fələstinli həyatını itirib, 87 min 445 nəfəri yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq, mülki infrastruktur da məhv edilir.

 

 

Ceyhun

Gununsesi.info