Dayanacaqda tapılan tablo rekord qiymətə satıldı

İtaliyalı rəssam Titian Vecellionun 1512-ci ildə çəkdiyi “Misirə uçuşda istirahət” adlı tablosu Christie’s-də rəssamın əsəriləri arasında rekord qiymətə satılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, əsər 22,2 milyon dollara satılıb.

Bildirilir ki, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinə qədər əsərin yeri məlum olmayıb.

Rəsm 1995-ci ildə Longleat Manordan oğurlanıb və 2002-ci ildə Londonda avtobus dayanacağında tapılıb.

Bildirilir ki, əsər tapılanda adi plastik torbada və çərçivəsiz olub.

İncəsənət tarixçilərinin fikrincə, rəsm Titianın yaradıcılığının erkən dövrünə aiddir. Sənətkar  onu 20 yaşından sonra ərsəyə gətirib.

Qeyd edək ki, əsər kətan üzərində bibliya hekayəsini – Məryəmin, Yusifin və İsanın Beytləhmdən uçuşunu təsvir edir.

 

 

Günay

Gununsesi.info