İsrail bir gündə Qəzzada 50 hədəfə hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 50-dən çox hədəfə hücum edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunur ki, onların arasında minalanmış binalar, silahlı radikal qruplar və atıcı qurğular olub.

Bundan əlavə, son sutka ərzində anklavın cənubundakı Rəfah şəhəri ərazisində onlarla radikal öldürülüb, bir neçə minalanmış bina zərərsizləşdirilib.

Bölgədəki İsrail qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq hədəfə alınmış əməliyyat fəaliyyətlərini davam etdirir.

Ordu Qəzza şəhərinin şərq hissəsindəki ərazilərdən biri olan Əl-Şücayyada döyüşləri davam etdirir.

Orada 24 saat ərzində sektorun həmin hissəsində yerləşdirilmiş İsrail hərbçilərinə atəş açan bir neçə radikal öldürülüb.

Orada yaxın döyüşlərdə və tanklardan istifadə etməklə onlarla silahlı radikal məhv edilib.

Ordunun hesabatında deyilir: “Şücayi bölgəsində əməliyyatlar başlayandan bəri  qoşunlar 100-ə yaxın terrorçunu və 100-dən çox terrorçuların infrastruktur obyektini məhv edib və çoxlu sayda silah-sursat aşkarlayıb”.

 

 

Ceyhun

Gununsesi.info