
Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində yoxlamalar aparılıb, 5 müəssisə rəhbəri işdən azad edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentlik məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir:
“Monitorinqlər nəticəsində 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır”, – deyə məlumatda qeyd edilib.
Gununsesi.info