
Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Gununsesi.info-ya bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.
“Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, – qurum rəsmisi əlavə edib.
Gununsesi.info