Kamran Əliyev Daşkəsəndə qəbul keçirəcək

  • By admin
  • 05 İyul 2024 11:15

 

İyulun 12-də Baş prokuror Kamran Əliyev Daşkəsəndə vətəndaşları qəbul edəcək.

Gununsesi.info bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 12-də, saat 10:00-da Daşkəsən rayon prokurorluğunun inzibati binasında Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Günay

Gununsesi.info