ABŞ Yaponiyaya yeni döyüş təyyarələri göndərəcək

ABŞ modernizasiya çərçivəsində Yaponiyaya dəyəri 10 milyard dollardan çox olan yeni döyüş təyyarələri göndərəcək.

Gununsesi.info– nun məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda ABŞ-ın Yaponiyadakı bazalarındakı döyüş təyyarələrinin modernləşdirilməsi planı açıqlanıb.

Açıqlamada, yaxın bir neçə ildə həyata keçiriləcəyi bildirilən modernləşdirmə planının ABŞ-Yaponiya ittifaqını gücləndirmək, regional çəkindirmə qabiliyyətini artırmaq, dünyada sülh və sabitliyi gücləndirmək üçün 10 milyard dollardan çox investisiya nəzərdə tutulur.

Modernləşmə çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri “48 F-15C/D” tipli döyüş təyyarəsi yerinə “36 F-15EX” tipli döyüş təyyarəsi yerləşdirərək, Okinava əyalətindəki Kadena Hava Bazasındakı gücünü artıracaq.

Bildirilir ki, Hərbi Hava Qüvvələrinin Aomori prefekturasındakı Misawa Hava Bazasında 36 F-16 təyyarəsi yerinə 48 F-35A təyyarəsi yerləşdirərək daha çox taktiki təyyarə tutumu və qabiliyyəti əldə ediləcək.

 

 

Ceyhun

Gununsesi.info