Türkiyədə meşə yanğınları olub

  • By ilhame
  • 05 İyul 2024 13:46

Türkiyənin Aydın əyalətinin Bozdoğan və Nazilli bölgələrindəki yeddi fərqli ərazidə baş verən meşə yanğını nəticəsində 10 hektar sahəyə ziyan dəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “NTV Haber” məlumat yayıb.

 

Bildirilib ki, yanğına səbəb şimşək çaxması olub.

 

Təcili müdaxilə nəticəsində yanğınlar söndürülüb.

 

İnsan tələfatı barədə məlumat yoxdur.

Gununsesi.info