
Fransa hüquq-mühafizə orqanları respublikada keçirilən parlament seçkiləri iştirakçılarına, o cümlədən deputatlığa namizədlərə qarşı 51 hücum faktı qeydə alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.
“Təşviqat kampaniyası kifayət qədər qısadır, lakin biz fiziki hücuma məruz qalan 51 namizədi, köməkçiləri və ya fəalları saymışıq”, – deyə nazir bildirib.
O, əlavə edib ki, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə 30-a yaxın hücumçu saxlanılıb.
Daxili İşlər Nazirliyinin rəhbəri, həmçinin xatırladıb ki, çərşənbə günü axşam Fransa hökumətinin rəsmi nümayəndəsi, nazir-nümayəndə Priska Theveno, köməkçiləri və tərəfdarları ilə birlikdə seçkilər çərçivəsində təşviqat plakatları asarkən hücuma məruz qalıblar.
Ceyhun
Gununsesi.info