
Finlandiya ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında imzalan “Müdafiə əməkdaşlığı sazişi” sentyabrın 1-dən qüvvəyə minəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Finlandiya Prezidenti Alexander Stubb artıq bu sazişi təsdiqləyib.
Eyni zamanda o, sazişin qəbulu və qüvvəyə minməsi aktını, habelə bəzi milli qanunlara müvafiq düzəlişləri də təsdiqləyib.
Xatırladaq ki, Helsinki və Vaşinqton “Müdafiə əməkdaşlığı sazişi” ni 2023-cü il dekabrın 18-də imzalayıblar.
Finlandiya parlamenti iyulun 1-də müqaviləni təsdiqləyib. Razılaşmaya əsasən, Finlandiya 15 hərbi obyektini Amerika qoşunlarının istifadəsi üçün açır.
Digər məsələlərlə yanaşı, Amerika hərbi texnikası Finlandiyaya göndərilə bilər.
Müqavilə ABŞ-ın Finlandiyada daimi hərbi mövcudluğu üçün zəmin yaradır.
Ceyhun
Gununsesi.info