Polşa Belarusla sərhəddə “elektron maneə” üçün müqavilə imzalayıb

Polşanın sərhəd xidməti Belarusla sərhəddə Buq, Svisloç və İstoçanka çaylarının sərhəd hissələrində elektron müşahidə sistemləri şəbəkəsi olan qondarma elektron maneənin tikintisinə dair müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS informasiya agentliyi bildirib.

“Bu gün Polşanın Sərhəd Mühafizə Xidməti Belarusla quru sərhədinin mühafizəsi sisteminin elektron səddinin modernləşdirilməsinə dair müqavilə imzalayıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd olunur ki, müqavilənin dəyəri 125 milyon zlotidən (31 milyon dollar) çoxdur və işlər 2024-cü ilin oktyabrına qədər tamamlanmalıdır.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk ölkənin şərq sərhədinin möhkəmləndirilməsi, eləcə də Belarusla sərhəddə 2022-ci ildə çəkilmiş qoruyucu hasarın modernləşdirilməsi üzrə işlərə başlanıldığını elan etmişdi.

 

 

Ceyhun

Gununsesi.info