QHT rəhbəri BMT-nin mühüm tədbirinə qatılıb - FOTO

Azərbaycanı təmsil edən qeyri-hökumət təşkilatı olaraq yalnız Gənclərin Anti-Narkomaniya İctimai Birliyi (GANİB) BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasında iştirak edir.

Gununsesi.info xəbər verir ki, sessiyada GANİB-i təmsil edən şəxs isə Büllur Məmmədovadır.

Onun bu tədbirdə iştirakı, narkotiklərlə mübarizə sahəsində Azərbaycan QHT-lərinin mövqeyini və GANİB-in fəaliyyətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.