Gəncədə piyadanı maşın vurdu - Vəziyyəti ağırdır

  • By Günel
  • 10 Mart 2025 21:13

Gəncədə yolu keçən piyadanı maşın vurub.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada 1960-cı il təvəllüdlü N. İ-ni maşın vurub.

65 yaşlı şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.info