
Qəzzada balıqçılıq sənayesi də zərər çəkib. İsrailin hücumları nəticəsində balıqçı qayıqlarına ciddi ziyan dəyib. Qəzzadan çıxmış bir balıqçı soyuducunun qapısından sal düzəldib bu yolla balıq tutmağa başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzaya 15 aydır davam edən hücumları balıqçıları da gəlirdən məhrum edib. İsrailin hücumları nəticəsində çoxlu balıqçı qayıqları zədələnib.
Çarəsiz Qəzzalı balıqçı Xalid Həbib müxtəlif materiallardan istifadə edərək köhnə soyuducunun qapısını sala çevirib.
Polad məftildən hazırlanmış qəfəsdə tikilən Həbib yenidən ova başlayıb.
Yaşadıqları çətinlikləri izah edən Həbib, “Atəşkəs olsa da, balıq ovu hələ də çətindir. Biz limandan çıxa bilmirik, çünki İsrail əsgərləri çölə çıxsaq, bizi vuracaqlarını deyirlər. Bu yolla çoxlu balıqçını yaraladılar” deyib.
Orxan