İsrailin Suriyaya hava zərbələri

  • By Admin2
  • 11 Mart 2025 10:56

İsrail döyüş təyyarələri Suriyanın cənubundakı Dəra əyalətində bir neçə hərbi məntəqəyə hava zərbələri endirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yerli mənbələrdən alınan məlumata görə, İsrail aviasiyası Dəra vilayətinin kənd yerlərində Cebeb və İzrada yerləşən 12-ci Briqada və 89-cu Alaylara hücum edib.

Hücumda 17 hava hücumu təşkil edildiyi və hərbi texnikanın hədəf alındığı öyrənilib.

Suriyada 27 noyabr 2024-cü il tarixində şiddətlənən qarşıdurmalardan sonra dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun bu ölkəyə hücumları artıb.

İsrail ordusu rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayıb və Suriyanın Qolan təpələrindəki işğalını genişləndirib.

Qolan təpələri ətrafındakı bufer zonasına daxil olan İsrail ordusu işğalı daha da irəli apararaq paytaxt Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.

Orxan

Gununsesi.info