
Filippin polisi keçmiş prezident Rodriqo Duterteni Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ölümcül “narkotiklərə qarşı müharibəsi”nə görə bəşəriyyətə qarşı cinayətdə günahlandırmaq üçün order verməsindən sonra həbs edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Duterte Honq-Konqdan gəldikdən qısa müddət sonra Manila hava limanında polis tərəfindən həbs edilib.
Bildirilir ki, Dutertenin 2016-2022-ci illərdə Cənub-Şərqi Asiya dövlətinin prezidenti olduğu zaman həyata keçirdiyi vəhşi anti-narkotik repressiyaları minlərlə insanın ölümünə səbəb olub.
79 yaşlı Rodriqo daha əvvəl ehtimal olunan həbsi ilə bağlı xəbərlərə cavab verərkən həbsxanaya getməyə hazır olduğunu demişdi.
Orxan