Hindistanlı “Qurd canavar” Ginnesin Rekordlar Kitabına düşdü - FOTO

  • By Günel
  • 11 Mart 2025 11:00

Hindistanda yaşayan 18 yaşlı Lalit Patidar Ginnesin Rekordlar Kitabına düşüb və kişinin ən tüklü sifəti titulunu qazanıb.

Gununsesi.info xarici mediaya isitnadən xəbər verir ki, indi 18 yaşında olan gənc Lalit Patidar hələ altı yaşında ikən insanın üzündə, qollarında və bədənin digər hissələrində anormal miqdarda, uzunluğu 5 santimetrə qədər olan nazik tüklərin çıxmasına səbəb ola bilən bir xəstəliyə tutulduğunu öyrənib.

Milyardda bir rast gəlinən bu xəstəlik hipertrikoz adlanır.

Hipertrikoz bədənin müxtəlif hissələrində anormal miqdarda saç böyüməsi ilə xarakterizə olunan nadir bir xəstəlikdir.

Patidar İtaliyanın Milan şəhərində televiziya proqramında iştirak edərək rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Patidar üzərində aparılan ölçmələrə görə dərisinin hər kvadrat santimetrində 202 tük olduğu, yəni üzünün 95 faizinin tüklə örtüldüyü üzə çıxıb.

Ginnesin Rekordlar Kitabına qeydiyyatdan keçdikdən sonra açıqlama verən Patidar:

“İnsanlar əvvəllər məndən qorxurdular, amma məni tanıyanda gördülər ki, onlardan fərqli deyiləm. Zahiri görünüşüm fərqli ola bilər, amma mən hamı kimi insanam” deyib.

Hintli Kurt Adam Guinness Rekorlar Kitabına girdi

Hipertrikozun qəti bir müalicəsi olmasa da, həddindən artıq tüklənməni idarə etmək üçün lazer epilyasiyası, təraş və bəzi dərmanlardan istifadə edilə bilər.

Patidar vəziyyəti qəbul edərək yaşadığını və xarici görünüşündən kənar bir şəxsiyyətə sahib olduğunu insanlara çatdırmaq istədiyini bildirib.

Günel Həsənova

Gununsesi.info