
Yaşıl kartı ləğv edilən və ABŞ-da saxlanılan keçmiş Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlilin sərbəst buraxılması üçün keçirilən etiraz aksiyasına polis müdaxilə edib, çox sayda nümayişçi saxlanılıb. Digər tərəfdən, ABŞ-da bir hakim Mahmud Xəlilin “deportasiyası”na qarşı müvəqqəti bloklama qərarı verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da Kolumbiya Universitetində keçirilən etiraz aksiyalarına rəhbərlik edən fələstinli fəal Mahmud Xəlil ötən gün həbs edilib.
Xəlilin vəkili Amy Greer, “yaşıl kartın daimi sakini” kimi ABŞ-da olmasına və həyat yoldaşının amerikalı olmasına baxmayaraq, Xəlilin ICE rəsmiləri tərəfindən həbs edildiyini və yaşıl kartının ləğv edildiyini söylədi.
ABŞ-ın dövlət katibi Marko Rubio sosial mediada deyib:
“Biz Amerikadakı Həmas tərəfdarlarının vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”.
CNN-in məlumatına görə, ABŞ məhkəməsi fələstinli fəal Xəlilin ABŞ-dan deportasiyasına müvəqqəti qadağa qoyub.
ABŞ prezidenti Donald Tramp 2024-cü ilin yazında ABŞ kollec şəhərciklərində Qəzzada törədilən qətliama qarşı nümayişlərdə iştirak edən beynəlxalq tələbələri deportasiya edəcəyinə söz verib.
Orxan