Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinin ilk komandaları bilinəcək

  • By Günel
  • 11 Mart 2025 08:41

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə mərhələ adlayacaq 4 komanda müəyyənləşəcək. Gecənin əsas görüşü İngiltərədə keçiriləcək. “Enfild”də “Liverpul” Fransa PSJ-sini qəbul edəcək. Komandalar arasında Fransada keçirilən qarşılaşmada Mersisayd təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

11 mart

21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)
(İlk oyun – 1:0)

00:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)
(İlk oyun – 1:0)

00:00. “Bayer Leverkuzen” (Almaniya) – “Bavariya” (Almaniya)
(İlk oyun – 0:3)

00:00. “İnter” (İtaliya) – “Feyenoord” (Niderland)
(İlk oyun – 2:0).

Gununsesi.info