
Suriya Müdafiə Nazirliyi Tartus və Latakiyada Əsədyönlü qüvvələrə qarşı hərbi əməliyyatın başa çatdığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin sözçüsü Hüseyn Əbdülqani son günlər intensiv toqquşmaların yaşandığı sahilyanı Tartus və Latakiya əyalətlərində devrilmiş rejim ünsürlərinə qarşı aparılan hərbi əməliyyatın başa çatdığını açıqlayıb.
Əbdülqani, devrilmiş rejimin qalıqları və zabitlərinin hücumlarının zərərsizləşdirildiyini, strateji əhəmiyyətli vilayətləri təmizlədiklərini və təhlükəsizlik qüvvələrinin xalqı hədəfə almaq üçün istifadə etdiyi əsas yolların təhlükəsizliyini təmin etdiklərini vurğulayıb.
“Qüvvələrimiz Latakiya vilayətinin Muhtariyye, Muzayria və Zubara, Tartus vilayətinin Dalye, Tanita və Kadmous kəndlərində devrilmiş rejimin qalıqlarını zərərsizləşdirib”, – sözçüsü Əbdülqani bildirib.
Daha əvvəl müəyyən edilmiş hədəflərə qarşı başladılan əməliyyatın müvəffəqiyyətlə tamamlandığını bildirən Əbdülqəni, “Devrilmiş rejimin qalıqlarına qarşı mübarizəmizi davam etdirəcəyik, gələcək bütün təhdidləri aradan qaldırmağı hədəfləyəcəyik və cinayət hüceyrələrinin yenidən qurulmasının qarşısını almaq üçün yeni planlar hazırlayacağıq” deyib.
Orxan