Yük gəmisi ilə tanker toqquşdu: Yaralılar var

  • By Günel
  • 10 Mart 2025 21:44

Şimal dənizinin Böyük Britaniya sahillərində tanker və yük gəmisi toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtlıa saat 09:48-də (Bakı vaxtı ilə 13:48) Kinqston-Apon-Hall şəhəri yaxınlığında baş verib.

Tankerdə yanğının başlanıldığı bildirilir.

Hadisə yerinə xilasedici qayıqlar və helikopterlər cəlb olunub.

Əlavə məlumat verilməyib.

***

Tanker və yük gəmisinin toqquşması nəticəsində 32 nəfər yaralanıb.

Bu barədə “Skay Nyus” məlumat yayıb.

Gununsesi.info