Elnur Rzayev şəhid atasının dəfn mərasimində iştirak edib - FOTOLAR

  • By Günel
  • 11 Mart 2025 09:07

Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Cəlal İslamovun atası, Ağahüseyn İslamov 95 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, şəhid atası yaşadığı Xaçmaz rayonunun Çarxı kəndiində dəfn edilib.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elnur Rzayev ailəyə başsağlığı verib, şəhid atası Ağahüseyn İslamov və bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Ağahüseyn İslamovun oğlu Cəlal İslamov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə”, medalları təltif olunub.

May be an image of 17 people and tree
May be an image of 1 person and hat
May be an image of 14 people, ambulance and text
May be an image of 7 people
Gununsesi.info