İstanbulda bələdiyyələrə qarşı DHKP-C əməliyyatı

  • By Admin2
  • 11 Mart 2025 10:50

Sarıyer və Şişli bələdiyyəsinin işçiləri də daxil olmaqla 32 şübhəli terror təşkilatı DHKP-C-yə maliyyə yardımı etmək ittihamı ilə saxlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu terror təşkilatı DHKP-C-nin Sarıyer və Şişli bələdiyyələrində qeyri-qanuni tenderlər yolu ilə maliyyələşdirildiyi iddiaları ilə bağlı yeni istintaqa başlayıb.

Respublika Baş Prokurorluğu 38 şübhəli haqqında həbs qərarı çıxardı.

Şübhəlilərdən 32-si saxlanılıb.

İstintaq çərçivəsində keçmiş Maltəpə Bələdiyyə Başçısı Əli Kılıç zərərçəkmiş, Şişlinin keçmiş Bələdiyyə Başçısı Hayri İnönü və Şişli bələdiyyə sədrinin keçmiş müavini Əmir Sarıgül şahid qismində ifadə verməyə çağırılıb.

Saxlanılanlar arasında Sarıyer və Şişli bələdiyyələrinin əməkdaşlarının da olduğu bildirilir.

Şübhəlilər 2014-2016-cı illər arasında tenderlər vasitəsilə terror təşkilatını maliyyələşdirməkdə ittiham olunurlar.

Orxan

Gununsesi.info