İşə düzəltmək adı ilə 17 min manatı ələ keçirdi

  • By Günel
  • 11 Mart 2025 09:34

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, o, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info