
Avstraliyanın Qərbi Avstraliya əyalətində köpək balığının hücumuna məruz qalan sörfçünün itkin düşdüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Qərbi Avstraliya əyalətinin paytaxtı Pertdəki Uorton çimərliyində köpək balığı sörfçüyə hücum edib.
Xəbəri alan polis hadisə yerinə gedib və suda köpək balığı dişləməsi izləri olan sörfinq taxtasının tapıldığını, lakin sörfçünün yerini müəyyən etmək mümkün olmadığını bildirib.
Polis dalğıcların itkin düşən sörfçünü tapmaq üçün çalışdığını bildirib.
Orxan