Neftçalada ana və 3 uşağı dəm qazından zəhərləndi

  • By Günel
  • 10 Mart 2025 23:36

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri – 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Gununsesi.info