
İmişli rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 13 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Vidadi Fətullayev idarə etdiyi traktorla hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.