
Meksikanın Oaxaka ştatında sərnişin avtobusu aşıb. Qəza nəticəsində 18 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meksikada avtobusun aşması nəticəsində 18 nəfər ölüb, 29 nəfər yaralanıb
Ştat qubernatoru Salomon Jara mətbuata açıqlamasında paytaxt Mexikodan hərəkət edən sərnişin avtobusunun Mitla-Tehuantepek avtomobil yolunda aşıb.
Qəzada 18 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 29 nəfərin yaralandığını qeyd edən Jara, yaralıların xəstəxanaya aparıldığını bildirib.
Jara həyatını itirənlərin ailələrinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılacağını bildirib.
Yerli medianın məlumatına görə, qəzada ölənlər hakim Milli Yeniləşmə Hərəkatı (MORENA) partiyasının tərəfdarları olub və bazar günü Mexikoda prezident Klaudiya Şeynbaumun təşkil etdiyi mitinqdə iştirak ediblər.
Orxan